Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdoçularımız Antalyada qızıla həsrət qaldı
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Türkiyənin Antalya şəhərində keçirilən Qran-pri turnirində bürünc medal qazanıb.
Sportfm.az xəbər verir ki, o, üçüncü yer uğrunda görüşdə Braziliya təmsilçisi Sarah Menezesi məğlubiyyətə uğradıb.
Mübarizəyə qoşulan digər yeddi idmançı isə turniri medalsız başa vurub. Orxan Səfərov (60 kq) təsəlliverici görüşdə uduzub. Oruc Vəlizadə (60 kq), İbrahim Əliyev, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq) və İçinxorlu Munxtsedev (57 kq) Qran-pri ilə erkən vidalaşıblar.
Turnirə aprelin 7-də yekun vurulacaq.
Oxşar xəbərlər
Cüdoçumuz yarımfinalda - Avropa çempionatı
“Böyük dəbilqə” turnirində Azərbaycanı 16 cüdoçu təmsil edəcək - SİYAHI
Cüdoçumuz Qran-pridə finala yüksəldi
Azərbaycan cüdoçusu Böyük Dəbilqə turnirində finala yüksəldi - FOTO
Təl-Əviv Qran-Prisində 18 cüdoçumuz mübarizə aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası