reklam
Şərif Şərifov Avropa Çempionatında qızıl medal qazandı
Sportfm.az xəbər saytı

Şərif Şərifov Avropa Çempionatında qızıl medal qazandı


Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən pəhləvanlar qüvvəsini sınayır. Əhmədnəbi Qvarzatilov zədələndiyi üçün son anda heyətə cəlb edilən Əsgər Məmmədəliyev debütdə Rumıniyadan olan həmkarına müqavimət göstərə bilməyib.

Ötən il gənclər arasında dünya çempionu olan Hacımurad Hacıyev ardıcıl Moldova və Rumıniya təmsilçilərinə çox rahat qalib gələrək yarımfinala adlayıb. Ancaq finalın bir addımlığında ikiqat dünya çempionu olmuş italiyalı rəqibinə bata bilməyib. Hacıyev aprelin 10-da bürünc medal görüşünə çıxıb. Rusiya güləşçisiylə gərgin mübarizə şəraitində keçən görüşdən məğlub ayrılan Hacıyev debüt etdiyi yarışda 5-ci yerlə kifayətlənib.

Murad Süleymanov isə sırayla Macarıstan, Almaniya və İspaniya yığmasının üzvlərinə gücünü göstərib və yarımfinala vəsiqə qazanıb. Lakin gənc güləşçimiz bu mərhələdə rusiyalı həmkarına uduzub. Murad aprelin 10-da üçüncü yer uğrunda güləşib və təcrübəli belaruslu rəqibinə uduzub.

Mübarizəyə 1/4 finaldan başlayan Şərif Şərifov Rusiya nümayəndəsini üstələyərək yarımfinala yüksəlib. Gürcüstan pəhləvanına da öz gücünü göstərən dünya və olimpiya çempionu ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə AÇ-nin finalına adlayıb. Finalda polşalı rəqibinə də heç bir şans tanımayan Şərif ilk dəfə Avropa çempionu olub. Şərifov həm də böyüklər arasında olimpiya, dünya və Avropa çempionu olan ilk güləşçimiz ünvanını qazanır.

Seyid Məhəmmədrza Azərşakib isə ilk mərhələdə kosovolu güləşçiyə məğlub olub.

61 kq
Təsnifat - Əsgər Məmmədəliyev - Nikolay Oxlopkov (ROU) 0:6

74 kq
1/8 final - Hacımurad Hacıyev - Georgi Paskalov (MDA) 10:1
1/4 final - Hacımurad Hacıyev - Maksim Vasilioqlo (ROU) 11:1
1/2 final - Hacımurad Hacıyev - Frank Çamizo (İTA) 2:6
Bürünc medal görüşü - Hacımurad Hacıyev - Timur Bijoev (RUS) 4:6

86 kq
Təsnifat - Murad Süleymanov - Riçard Ferents Liqeti (HUN) 5:0
1/8 final - Murad Süleymanov - Ahmed Dudarov (GER) 10:1
1/4 final - Murad Süleymanov - Teymuraz Naskidaeva (ESP) 7:2
1/2 final - Murad Süleymanov - Vladislav Vəliyev (RUS) 0:7
Bürünc medal görüşü - Murad Süleymanov - Əli Şabanov (BLR) 2:11

92 kq
1/4 final - Şərif Şərifov - Məhəmməd Qurbanov (RUS) 6:2
1/2 final - Şərif Şərifov - İrakli Mtsituri (GEO) 8:2
FİNAL - Şərif Şərifov - Zbiqniev Mateuş Baranovski (POL) 9:1

125 kq
Təsnifat - Seyid Məhəmmədrza Azərşakib - Eqzon Şala (KOS) 9:13

Oxşar xəbərlər

4 güləşçimiz yarımfinalda - Təsnifat turniri
Güləşçilərimiz bu gün mübarizəyə başlayır - Qran-pri
Güləşçimiz bürünc medal üçün mübarizə aparacaq - Fərdi Dünya Kuboku
Azərbaycan millisi Avropa çempionatında üçüncü oldu
Güləşçilərimiz Avropa çempionatında mübarizəyə qoşulur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər