reklam
“Arsenal” və “Valensiya” qalib gəldi -
Sportfm.az xəbər saytı

“Arsenal” və “Valensiya” qalib gəldi -Avropa Liqası


Avropa Liqasında 1/4 final mərhələsinə start verilib. 

Sportfm.az xəbər verir ki, “Arsenal” doğma azarkeşləri önündə “Napoli”ni qəbul edib və iki cavabsız qolla qalib gəlib.  

Digər İngiltərə təmsilçisi “Çelsi” isə Çexiya səfərinə yollanıb. “Zadəganlar” “Slaviya” klubuyla qarşılaşmada minimal hesabla üstün olublar. 

“Benfika” “Ayntraxt”ı ilə üz-üzə gəlib. Gecənin ən məhsuldar qarşılaşması meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb. 

Günün digər qarşılaşmasında isə ispanların dueli olub. “Vilyarreal” öz meydanında “Valensiya” ilə münasibətlərinə aydınlıq gətirib. Qonaqlar bu oyundan inamlı qələbə ilə ayrılıblar. 

Avropa Liqasının final matçı mayın 29-da, Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

Arsenal (İngiltərə) – Napoli (İtaliya) 2:0
Qol: Remzi, 15. Kulibali, 25-öz qapısına.

 

Vilyarreal (İspaniya) – Valensiya (İspaniya) 1:3
Qol: Kasorla, 36-pen – Quedes, 6; 90+3. Vass, 90+1. 

 

Benfika (Portuqaliya) – Ayntraxt (Almaniya) 4:2
Qol: Feliks, 21-pen; 43; 54. R.Dias, 50 – Yoviç, 40. Pasientsaş 72.

 

Slaviya (Çexiya) – Çelsi (İngiltərə) 0:1
Qol: M.Alonso, 86.

Oxşar xəbərlər

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək
Avropa Liqasında 1/4 finala yüksələn komandalar müəyyənləşəcək - SİYAHI
"Çelsi" qələbə qazandı, "Arsenal" uduzdu - Avropa Liqası
Türkiyədə şok, Belarusda sürpriz nəticə - Avropa Liqası
"Zenit" Türkiyədən məyus qayıdır - Avroliqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər