reklam
Sportfm.az xəbər saytı

"Uşaqlar yorğun idilər, düzgün düşünüb, icra edə bilmədilər" -Joze Alesio


Latviya ilə yoldaşlıq oyunu keçirən futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva qarşılaşma ilə bağlı açıqlama verib. 

Sportfm.az xəbər verir ki, braziliyalı mütəxəssis oyuna nəzarət etmədiklərini deyib:
“Dünən birinci hissə haqda dediklərimin bu gün əksini etdik. Oyuna nəzarət edə bilmədik, müdafiədə və hücumda çoxlu səhvlərə yol verdik. Uşaqlar yorğun idilər, düzgün düşünüb, icra edə bilmədilər. Rəqib isə bu gün çox istəkli idi, demək olar səhvsiz oynadı. Qarşıda daha iki oyunumuz var”. 

Qeyd edək ki, yığmamız Latviya ilə 2:2 hesablı heç-heçə edib. Milli bu rəqibi ötən gün 3:1 hesabı ilə yenmişdi.

Oxşar xəbərlər

Alesionun yenə bəhanəsi var: "Müdafiədə çox səhv etdik"
Joze Alesio narazı qalıb: "Belə oynamamalıyıq"
Joze Alesio: "Heyətlə bağlı qərarımı bugün verəcəm"
"Onlar doğma meydan amilindən də istifadə etməyə çalışdılar" Joze Alesio
Jose Alesio Da Silva: Bununla bağlı xüsusi göstəriş verməmişdim

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər