Joze Alesio:"Heyətlə bağlı qərarımı bugün verəcəm"
Azərbaycanın futzal millisinin baş məşqçisi Joze Alesio Özbəkistanla yoxlama matçından sonra açıqlama verib.
Sportfm.az xəbər verir ki, braziliyalı mütəxəssis 4:3 hesablı qələbəni şərh edib:“Oyuna daha yaxşı konsantrasiya olmuşduq. Çünki dünən keçirdiyimiz matçda çoxlu səhvlərə yol vermişdik. Bunu analiz edib, səhvlərimizdən nəticə çıxarmağa çalışdıq. Təbii ki, oyundan əvvəl söhbətimiz oldu. Oyunumuzla daha yaxşı hazırlaşdığımızı sübut etdik. Yekun heyətlə bağlı qərarımı bugün verəcəm. Buradakı futzalçılardan 12-si bizimlə Xorvatiyaya yollanacaq. Daha 2 oyunçu Osiek şəhərinə gələcək. Bizi çətin oyunlar gözləyir. Komandanın qarşısına konkret məqsəd qoyulub. Hədəfə doğru irəliləməliyik”.
Oxşar xəbərlər
"Azərbaycan millisində işləmək mənim üçün xoşdu" - Joze Alesio
Joze Alesio yenə özündə günah görmür: "Futzalçılarımız sanki oyunda deyildilər"
"Hər oyun bizim üçün vacibdir" - Millimizin baş məşqçisi
"Uşaqlar yorğun idilər, düzgün düşünüb, icra edə bilmədilər" - Joze Alesio
Joze Alesio:"Bu gün daha yaxşı oynadıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası