reklam
UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Sportfm.az xəbər saytı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu


UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab qarşılaşmalarının keçirildiyi həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Sportfm.az xəbər verir ki, “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi azarkeşlər arasında aparılan sorğunun nəticələrinə əsasən həftənin ən yaxşı futbolçusu seçilib.

Otuz iki yaşlı hücumçu bu nominasiyada Heunq-Min Son (“Tottenhem”), Roberto Firmino (“Liverpul”) və Frenk de Yonqu (“Ayaks”) qabaqlayıb.

L.Messi “Barselona”nın dörddəbir final mərhələsinin cavab görüşündə doğma meydanda İngiltərənin “Mançester Yunayted” klubunu məğlub etdiyi matçda (3:0) iki qolla yadda qalıb.

Oxşar xəbərlər

ÇL-də həftənin ən yaxşı futbolçusu məlum oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu məlum oldu
Çempionlar Liqasında həftənin ən yaxşı qolu - VİDEO
Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər