Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gürcüstandan sonra Azərbaycana...
UEFA-nın yeni seçilmiş prezidenti Aleksander Çeferin quruma üzv ölkələrə səfərə başlayır. Sportfm.az xəbər verir ki, bu ölkələrin arasında Azərbaycan da var. Ancaq Çeferin ölkəmizə gəlməmişdən öncə Gürcüstanda olacaq. Sentyabrın 29-na planlaşdırılan səyahət zamanı UEFA-nın baş katibi Teodor Teodoridis də prezidenti müşaiyət edəcək. Səfər zamanı qitə futbol qurumunun başbilənləri Gürcüstan Futbol Federasiyasının rəhbər şəxsləriylə yanaşı, qonşu ölkənin dövlət rəsmilərilə də görüşəcək.
Çeferinlə Teodoridis sentyabrın 30-da Gürcüstandan Azərbaycana gələrək, AÇ-2020-nin 4 oyununa ev sahibliyi edəcək Bakının loqosunun təqdimat mərasimində iştirak edəcək.
Oxşar xəbərlər
Budapeştin Avro-2020 üçün loqosu təqdim olundu
Prezident İlham Əliyev UEFA-nın yeni rəhbərini qəbul edib - FOTO
Bu gün Bakının loqosu təqdim olunur
UEFA prezidenti "Qəbələ"nin oyununu izləyəcək
Bakının loqosunun təqdimat mərasimi olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası