reklam
Bakıda ingilis finalı
Sportfm.az xəbər saytı

Bakıda ingilis finalı


Avropa Liqasında finalçılar bəlli olub. 

Sportfm.az xəbər verir ki, "Arsenal" ilk oyunda 3:1 hesabı ilə qalib gəldiyi "Valensiya"nın qonağı olub. "Topçular" cavab görüşündə 4:2 hesabı ilə qalib gələrək finala yüksəlib. 

Londonda "Çelsi" ilk oyunda 1:1 hesablı heç-heçə etdiyi "Ayntraxt"ı qəbul edib. Matçın əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qalibin adına penaltilər zərbəsində aydınlıq gəlib. Daha dəqiq oynayan "Çelsi" həlledici oyuna vəsiqə qazanıb. 

Bakıda keçiriləcək Avropa Liqasının finalında "Arsenal" və "Çelsi" klubları üz-üzə gələcək. London derbisi mayın 29-u, Bakı Olimpiya stadionunda baş tutacaq.

 

Avropa Liqası
Yarımfinal, cavab oyunları
9 may (cümə axşamı)

 

“Valensiya” (İspaniya) – “Arsenal” (İngiltərə) - 2:4
Qollar:
 Kevin Qameyro, 11, 58 - Pyer-Emerik Obameyanq, 17, 69, 88, Aleksandr Lyakazett, 50

İlk oyun – 1:3

 

“Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya) - 1:1 (pen. 4:3)
Qollar:
 Ruben Loftus-Çik, 28 - Luka Yoviç, 49
İlk oyun – 1:1

Oxşar xəbərlər

Avropa Liqasının rəmzi yığmasının tərkibi açıqlandı
"Arsenal" İspaniyada qələbə qazandı - VİDEO
"Çelsi" penaltilərlə qalib gəldi - VİDEO
Avropa Liqasında ingilislərin günü
"Valensiya" və "Arsenal" "Bakıya doğru" - AL yarımfinalçılar məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər