reklam
Azərbaycan çempionu bu iki komandadan biri olacaq -
Sportfm.az xəbər saytı

Azərbaycan çempionu bu iki komandadan biri olacaq -FOTO


Futzal üzrə Yüksək Liqanın Pley-off mərhələsinin ikinci oyununda üz-üzə gələn komandalardan “Neftçi”də itkilərin sayı çoxalmışdı. Sportfm.az xəbər verir ki, Rüfət Balakişiyevdən sonra Salar Şahnazi də komandasına kömək edə bilmirdi. Meydana tam heyətlə çıxan “Xəzər Cənub”u dəstəkləmək üçün Aura İdman Kompleksinin yetirmələri yenə Bakı İdman Sarayına təşrif buyurmuşdular.

Oyunda hesabı “Neftçi” açdı. Katebinin zərbəsi Hamidi üçün qarşısıalınmaz oldu. Baxşəlizdə isə künc nöqtəsindən ötürməni tora qovuşdurmaqla fərqi 2 topa çatdırdı. Növbəti qolun müəllifi olan Katebi dubl etməklə komandasına bir qədər sakit oynamaq üçün şərait yaratdı. Ancaq hissənin sonlarına yaxın “Xəzər Cənub” fərqi azaltdı. Bombardirlər yarışına başçılıq edən Hadi Rezvan pley-off mərhələsində ilk qolunu vurdu. 19-cu dəqiqədə isə Surqalı 10 metrlik cərimə zərbəsini kənara vurmaqla hesab arasındakı fərqi minimuma endirə bilmədi. Fasiləyə 3 saniyə qalmış analoji durumla Borisov yaşadı. İkinci hissəyə nominal qonaqlar qolla başladı. Surqalının uzaq küncə istiqamətləndirdiyi top tora qovuşdu. 25-ci dəqiqədə Şahabın qapı xəttindən penalti nöqtəsinə ötürməsini Farid qapıdan keçirdi. Hadinin ikinci qolu komandasını hesabda ilkə dəfə önə keçirdi. Bundan sonra qapıçını meydan oyunçusu ilə əvəzləyən “Neftçi”də Baxşəlizadə  tablodakı rəqəmləri eyniləşdirdi. Ancaq 20 saniyə sonra Qalapurun cərimə zərbəsindən fərqlənməsinə mane olan tapılmadı. Matçın başa çatmasına 8 dəqiqə qalmış Baxşəlizadə het-trik etməklə hesabı bərabərləşdirdi. Nəticədə pley-off mərhələsində ilk dəfə komandalar hər bir 5 dəqiqədən ibarət iki hissədə mübarizə aparmalı oldu. Birinci əlavə vaxtda hesab dəyişmədi. İkinci əlavə vaxtın başa çatmasına 16 saniyə qalmış “Xəzər Cənub” duelin taleyini həll edən qolu vurdu.

Qeyd edək ki, hər iki oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanırdı.

 

Neftçi İK – Xəzər Cənub 5:6 (3:1)

14 may. Bakı İdman Sarayı. Saat 17:00

Əvvəlki oyunların nəticələri: 4:3, 4:8

Hakimlər: Anar Fərəcov, Mehman Mahmudov, Elvin Ağayev

Timekepeer: Rəmzi Hüseynov

Qollar: M. Katebi, 06:19, 16:27, O. Baxşəlizadə, 10:29, 33:55, 39:52 // H. Rezvan, 17:21, 29:56, İ. Surqalı, 22:22, F. Mazaheri, 25:58, 49:44, R. Qalapur, 34:16

Sarı vərəqələr: V. Xocayev, 28:37, O. Baxşəlizadə, 39:52 // B. Şebli, 16:36, İ. Surqalı, 28:10

Qırmızı vərəqə: İ. Surqalı (oyundan sonra)

 

Neftçi İK

23. Elnur Zamanov (q, k), 5. Vahid Şəfaye, 6. Məhəmməd Katebi, 10. Oruc Baxşəlizadə, 14. Vitali Borisov, 1. Samir Mehtiyev (q), 8. Vahib Xocayev, 13. Əjdər Əjdərov, 17. Tural İsmayılov

Baş məşqçi: Hacıbala Abdullazadə

 

Xəzər Cənub

24. Hamid Raşidi (q), 9. Farid Mazaheri, 11. Şahab Şahnazi, 13. Amir Şocayi, 20. İsaq Surqalı, 33. Reza Təbrizi (q), 7. Hadi Rezvan, 10. Mehdi Pənahande (k), 12. Raşid Qalapur, 78. Behzad Şebli, 99. İlkin Mirzəyev, 1. Əli Xadimheydari (q)

Menecer: Tuğsal Eliz

Oxşar xəbərlər

EKOL "Araz"ı yenə məğlub etdi, "Neftçi" İK üstünlük qazandı - Pley-off
EKOL "Araz" qarşısında tab gətirmədi
“Xəzər Cənub” EKOL-u “zirvə”dən endirdi
Ölkə çempionu 19 saniyə dözə bilmədi
"Neftçi" mərkəzi oyunda məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər