"Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı bəyənatdan məyus olduq" -Elxan Məmmədov
“Biz “Arsenal”ın Henrix Mxitaryanın öz komandası ilə birgə "Çelsi"yə qarşı Avropa Liqasının final oyununda iştirak etmək üçün Bakıya gəlməyəcəyi ilə bağlı bəyanatından məyus olduq”.
Sportfm.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib: “Arsenal”, oyunçunun özü və ailəsi ilə birgə qəbul edilən bu əsassız qərardan çox təəssüflənirik”. Baş katib bir daha vurğulayıb ki, Azərbaycan Mxitaryanın təhlükəsizliyinin təminatı ilə bağlı UEFA-nın tələb etdiyi bütün mümkün zəmanəti təqdim etmişdi: “Azərbaycanın təqdim etdiyi zəmanətin ciddiliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Son on ildə çox sayda erməni idmançı hər hansı insident olmadan Azərbaycanda təşkil olunan müxtəlif növ beynəlxalq idman yarışlarında iştirak edib. Nəhayət, hesab edirik ki, məyusluq yaradan bu qərar heç bir şəkildə qarşıdakı böyük oyunun əyləncə və keyfiyyətinə təsir etməyəcək. Səbirsizliklə hər iki komandanı Bakıda gözləyirik”.(sportinfo.az)
Oxşar xəbərlər
UEFA “Arsenal”a xəbərdarlıq etdi - "Bakıda etirazdan çəkinin!"
Britaniya portalı AFFA-nın açıqlamasından yazdı - FOTO
AFFA münasibət bildirdi
Elxan Məmmədov: "Mxitaryan Bakıda oynamaq hüququna malikdir"
"Arsenal" Mxitaryanı Bakıya gətirmir - Açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası