Respublika Gününə həsr olunmuş “Gilan Kuboku” keçirilir
28 May - Respublika Günü münasibətilə ölkəmizin aparıcı holdinqlərindən biri olan “Gilan Holding”, Azərbaycanda fəaliyyət göstərən şirkətlər arasında “Gilan Kuboku” mini futbol turniri təşkil edir.
Sportfm.az xəbər verir ki, tariximizin şərəfli və əlamətdar gününə həsr olunmuş turnirin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlərin əməkdaşlarının idmana, sağlam həyat tərzinə marağın artmasına, həmçinin şirkətlər arasında dostluq əlaqələrin möhkəmlənməsinə töhfə verilməsidir.
Turnirdə “Gilan Holding”-in komandası daxil olmaqla 16 komanda birinci yer uğrunda mübarizə aparacaq. Bu ilin iyun ayında start götürəcək turnir iqtisadiyyatın müxtəlif sektorlarında uğur qazanmış şirkətlərin həvəskar komandaları arasında gərgin mübarizə, xoş ünsiyyət və yüksək azarkeş dəstəyi ilə yadda qalacaqdır.
İyul ayının sonunadək davam edəcək “Gilan Kuboku” mini futbol turnirində ilk 3 yeri tutan komandalar və oyun məharəti ilə seçilən oyunçular xüsusi mükafatlarla təltif olunacaqlar.
Oxşar xəbərlər
“Finalla Zəfər Kuboku” turnirinin püşkü atıldı - 16 yanvarda start götürür
"Qəbələ"nin yeni sponsoru müəyyənləşdi
Təhsil Nazirliyi yüksək nəticə göstərən məşqçiləri və idmançıları mükafatlandırdı - FOTOLAR
Bakıda mini futbol üzrə turnirin açılış mərasimi keçirilib
Hərçəqani və Abakarova qalib oldular
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı














Misli Premyer Liqası