reklam
“Finalla Zəfər Kuboku”  turnirinin püşkü atıldı -
Sportfm.az xəbər saytı

“Finalla Zəfər Kuboku” turnirinin püşkü atıldı -16 yanvarda start götürür


Ordumuzun şanlı zəfərinin il dönümü münasibətilə mini-futbol üzrə "Fire League" turnirinin püşkatma mərasimi keçirilib.

Sportfm.az xəbər verir ki, "Final" yağlarının baş sponsorluğu ilə Azərbaycanda fəaliyyət göstərən şirkətlər və sahibkarlıq subyektləri arasında baş tutan və 7-ci dəfə futbolsevərləri bir araya toplayan turnir “Finalla Zəfər Kuboku”adlanır. 

Azərbaycan ordusunun 44 günlük Haqq Savaşında qazandığı tarixi zəfərinə həsr olunmuş turnirin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlərin əməkdaşlarının idmana, sağlam həyat tərzinə marağının artırılması, həmçinin şirkətlər arasında dostluq əlaqələrin möhkəmlənməsinə töhfə verilməsidir.

“Finalla Zəfər Kuboku”nda 24 komanda 4 qrupda - A, B, C və D qruplarında yarışacaq. Hər qrupdan 4 komanda növbəti mərhələyə yüksələcək. Turnirin qrup və pley-off mərhələsində komandalar bir dəfə üz-üzə gələcək. 
Qeyd edək ki, turnir yanvarın 16-sı start götürəcək və 9 həftə davam edəcək. Qarşılaşmalar Böyükşorda yerləşən "Azfar"ın mini meydançalarında keçiriləcək. 

Oxşar xəbərlər

Jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək - Mini-futbol üzrə
"Zəfər Kuboku 2020"-nin təqvimi açıqlandı - İlk oyunlar noyabrın 23-də baş tutacaq
Torpaqlarımızın işğaldan azad olunmasına həsr edilən futbol turniri başlayır - FOTO
Respublika Gününə həsr olunmuş “Gilan Kuboku” keçirilir
Bakıda mini futbol üzrə turnirin açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər