Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Maraqlı cəza - qadınlarla məşq edəcəklər
Çexiyanın "Sparta" klubunun futbolçuları Tomaş Koubek və Lukaş Vaçaya maraqlı cəzaya məruz qalıblar. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Praqa təmsilçisi hər iki futbolçunun klubun qadınlardan ibarət komandasında məşq edəcəyini açıqlayıb. Buna səbəb isə futbolçuların qadın hakim əleyhinə status yazmasıdır. Çexiya çempionatının son turunda "Brno" ilə oyununda (3:3) qadın yan xətt hakiminin ofsayd qərarı "Sparta” futbolçularının etirazına səbəb olub. Tomas Koubek isə sosial şəbəkədə "məncə, qadınlar mətbəxdə daha yararlıdır, kişilərin oyunlarında onlara təyinat verilməməlidir" statusunu yazıb. Koubekin komanda yoldaşı Vaça da bu cür fikirlərinə görə eyni cəzanı alıb. Hər iki futbolçu qadınlardan üzr istəsə də, cəzadan yaxa qurtara bilməyib.
Oxşar xəbərlər
Yenə futbol yaddan çıxdı, qadınlardan danışdı
Çexiya millisinin heyəti açıqlandı - AVRO-2020
Çexiyalı futbolçu "Neftçi"də
Futbolçuları daşıyan təyyarə qəzaya düşdü
Türkiyədəki hadisələrə görə ulduz futbolçu səfərini təxirə saldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cüdoçularımızdan rekord göstərici - Dünya çempionatı
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
“Sumqayıt”dan ilk qələbə, "Zirə"dən bərabərlik - Premyer Liqa
-
“Sumqayıt” 4–1 “Qəbələ” - VİDEO
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası