Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdoçularımızdan rekord göstərici -Dünya çempionatı
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizəni yeddi medalla başa vurublar.
Sportfm.az xəbər verir ki, medallardan birinin əyarı qızıl, ikisi gümüş, dördü isə bürünc olub.
Oktyabrın 4-də start verilən yarışın ilk günündə Əhməd Yusifov (60 kq) dünya çempionu adını qazanıb.
Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medal qazanıblar.
Komandamız indiyə qədər dünya çempionatlarında 7 medal qazana bilməmişdi.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatına sabah qarışıq komanda yarışı ilə yekun vurulacaq.
Yeri gəlmişkən, dünya çempionatı çərçivəsində Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağının təhvil-təslim mərasimi keçirilib. Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, IJF-in baş katibi doktor Lisa Allan və Qazaxıstan Cüdo Federasiyasının prezidenti Kuanyşbek Yesekeyev iştirak ediblər.
IJF bayrağı arenadakı bayraq dirəyindən endirilərək əsas səhnəyə gətirilib. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli bayrağı IJF-in baş katibi Lisa Allana təqdim edib.
Daha sonra Lisa Allan bayrağı 2027-ci ildə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək Qazaxıstanın nümayəndəsi Kuanyşbek Yesekeyevə təhvil verib.
Bununla dünya çempionatına ev sahibliyi simvolik olaraq Bakıdan Astanaya keçib. Tədbirin sonunda 2027-ci ildə Qazaxıstanın paytaxtında keçiriləcək dünya çempionatının təqdimat videosu nümayiş olunub.

Oxşar xəbərlər
Fətiyev DÇ-də yarımfinalda
Ömər Rəcəbli 1/8 finalda - Dünya çempionatı
Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Prezident dünya çempionatının açılış mərasimini izlədi
Beynəlxalq Federasiyasının bayrağı Azərbaycana təqdim olundu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası