reklam
Silva Azərbaycanı tərk edir
Sportfm.az xəbər saytı

Silva Azərbaycanı tərk edir


"Keşlə"dən ayrılan Denis Silva Kruz Azərbaycanı tərk etməyə qərar verib. 

Sportfm.az xəbər verir ki, 11 il Azərbaycanda oynamış 33 yaşlı müdafiəçi sosial şəbəkə hesabında vida sözlərini yazıb: 

"Bu 11 il ərzində yaşadığımız hər şey üçün təşəkkürlər. Bir çox zəfər, bir çox təcrübə, anladılacaq hekayələr, bir çox dostluq və düşmənlik. Ancaq ən önəmlisi olan bu ölkə üçün yaratdığımız duyğu idi. Özümüzü evdə hiss edirdik və xoşbəxt idik. Təəssüf ki, ayrılmaq zamanı gəldi. Qalanlar bizi xatırlayacaq mı, yoxsa darıxacaqlar mı, bilmirəm. Ancaq ikinci milliyətimiz üçün darıxacağımızdan əminik. Çünki azərbaycanlı kimi hiss edirik. Bu ölkə tariximizin bir parçası. Evliliyimə burada başladıq və qızımız burada dünyaya gələndən sonra Azərbaycanda bir həyatımız oldu. Daim qəlbimizdə bizimlə birlikdə olacaq. Təşəkkürlər, Azərbaycan!"

Braziliyalı futbolçu 2008-2010-cu illərdə "Xəzər Lənkəran"da çıxış edib. Denis 2010-2012 və 2013-15-ci illərdə "Neftçi"də oynayıb. Təcrübəli müdafiəçi 2015-ci ildən "Keşlə"nin uğurları üçün çalışırdı.

Oxşar xəbərlər

Afrikalı futbolçu "Sabah"dan getdi - Ayrılıq
İspaniyalı futbolçu "Qarabağ"dan ayrıldı - Vida
"Özümü azərbaycanlı kimi hiss edirəm"
Terri "Spartak"dan imtina etdi
"Özümü Azərbaycan vətəndaşı hesab edirəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər