Reyesin ölüm səbəbi məlum oldu -Yüksək sürət
İspaniya millisinin sabiq futbolçusu Xose Antonio Reyesin avtomobil qəzasında vəfat etməsinin təfərrüatları bəlli olub.
Sportfm.az xəbər verir ki, 35 yaşlı sabiq futbolçu Almendralex bölgəsindən Utrerə gedən yolda "Mercedes" markalı maşının idarə etməsini itirib. Buna avtomobilin sürətinin 237 km/saat olan zaman təkərlərdən birinin partlaması səbəb olub. Maşın çox yüksək sürətdə olduğu üçün magistraldan çıxaraq, aşıb və partlayıb. Məşhur futbolçunun əmisi oğlu da qəzada vəfat edib.
"Sevilya" yetirməsi olan Reyes "Arsenal", "Real", "Atletiko", "Benfika", "Espanyol" kimi klublarda çıxış edib. O, yanvar ayında İspaniya Sequndasında çıxış edən "Ekstremadura" ilə müqavilə imzalamışdı.


Oxşar xəbərlər
Qəzada ölən futbolçunun oğlu karyerasını "Real"da davam etdirəcək
Reyesin qəzaya uğradığı avtomobil - VİDEO
Çempionlar Liqasının finalında sükut olacaq
Ulduz futbolçu 35 yaşında vəfat etdi - FOTO
Məşhur futbolçu I Divizion klubu ilə müqavilə bağladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası