reklam
Premyer Liqanın 3 oyununda AVAR-2 hakimi olacaq
Sportfm.az xəbər saytı

Premyer Liqanın 3 oyununda AVAR-2 hakimi olacaq


VAR hakimlərinin peşəkar inkişafı və praktiki təcrübəsinin artırılması məqsədilə Misli Premyer Liqasının 13-cü turundan etibarən bəzi oyunlarda AVAR-2 hakiminin iştirakı nəzərdə tutulub.

Sportfm.az xəbər verir, bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib.

Bu addım AFFA Hakimlər Komitəsinin Peşəkar Futbol Liqasına ünvanladığı rəsmi müraciət əsasında həyata keçiriləcək.

AVAR-2 hakiminin VAR otağında iştirakı yalnız təlim və müşahidə xarakteri daşıyacaq, onun oyun epizodlarının qiymətləndirilməsi və qərarların qəbul edilməsində heç bir funksional rolu olmayacaq.

Cari turda AVAR-2 təyinatları:

“Neftçi” – “Zirə”

AVAR-2: Fəridə Lütfəliyeva

“Sabah” – “Araz-Naxçıvan”

AVAR-2: İslam Məmmədov

“Qarabağ” – “Sumqayıt”

AVAR-2: Niyaz Əhmədov

Oxşar xəbərlər

31-ci turun təyinatları açıqlandı - Premyer Liqa
“Səbail” – “Araz-Naxçıvan” matçına təyinatlar açıqlandı
"Neftçi" - "Sabah", "Qarabağ" - "Turan Tovuz" matçına VAR təyinatları
"Sabah" və "Neftçi"nin oyununa VAR təyinatları - Misli Premyer Liqası
"Qarabağ" - "Sabah" matçının VAR hakimləri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər