reklam
Sportfm.az xəbər saytı

"Sən məşqçi deyilsən" -Özil Emerini təhqir etdi


İngiltərənin "Çelsi" klubu ilə Bakıda keçirilən Avropa Liqasının final oyunu zamanı "Arsenal"ın düşərgəsində qalmaqal baş verib.

Sportfm.az xəbər verir ki, türk əsilli yarımmüdafiəçi Məsud Özil əvəzlənərkən baş məşqçi Unay Emerini təhqir edib.

O, 77-ci dəqiqədə meydana çıxdığı zaman ispaniyalı mütəxəssisə "Sən məşqçi deyilsən" söyləyib.

Daha əvvəl "Arsenal"ın yay transfer dövründə Özili satmağa hazır olduğuna dair xəbərlər yayılıb. Lakin ildə 20,3 milyon avro maaş alan türk əsilli futbolçunun istəyini tam təmin etməyə istənilən klub hazır deyil. 31 yaşlı yarımmüdafiəçi 2018/2019-cu illər mövsümündə İngiltərə Premyer Liqasının 24 oyununda 5 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Bakıdakı final qarşılaşmasında "Arsenal" "Çelsi"yə 1:4 hesabı ilə uduzub.

Oxşar xəbərlər

Futbolçunun evinə girən oğrunu cərəyan vurdu
Yay transfer pəncərəsinin ən bahalı transferi reallaşdı
Avropa Liqasının finalında daha bir ilk yaşanacaq
"Arsenal" Mxitaryanı Bakıya gətirmir - Açıqlandı
Özil yeni müqaviləsi ilə “Arsenal”ın tarixinə düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər