Futbolda yeni qayda tətbiq ediləcək
UEFA, Beynəlxalq Futbol Federasiyalar Birliyi (FIFA) və Beynəlxalq Futbol Birliyi Heyəti (IFAB) futbolda yeni qayda tətbiq etmək istəyir.
Sportfm.az xəbər verir ki, həkimlərin üzərindəki təzyiqi azaltmaq üçün meydanda beyin sarsıntısı keçirən futbolçunun oyuna davam etməsi əngəllənəcək.
UEFA-nın prezidenti Aleksandr Çeferin Çempionlar Liqasının yarımfinalı çərçivəsində keçirilmiş "Tottenhem" - "Ayaks" matçı zamanı bunu düşündüyünü deyib. O, "Tottenhem"in müdafiəçisi Yan Vertongenin beyin sarsıntısı keçirməsinə rəğmən, oyunu davam etdirməsindən qorxduğunu bildirib:
"Vertongenə nəsə olacağından qorxdum. Çünki oyuna geri dönəndə də özünü yaxşı hiss etmirdi. O, meydanda ölə də bilərdi".
"Bu yöndə qaydada dəyişiklik meydana gətirmək üçün FIFA ilə görüşəcəyik. FIFA da bunu çözməyə çalışır. Əgər futbolçulara nəsə olsa, ömrümüzün sonuna qədər peşman olacağıq. Əgər bir futbolçunun ehtiyacı varsa, ona yardım edilməlidir. Qaydalardakı dəyişiklik oyuna təsir etməyəcək", - deyə Çeferin qeyd edib.

Oxşar xəbərlər
FIFA futbolda yeni dəyişiklik edəcək
Futbolda əlavə əvəzetməyə icazə veriləcək - İclasda təsdiqlənəcək
Futbolçu dəyişikliyi 3-dən 5-ə qaldırılır
UEFA prezidenti FIFA qınadı
Topa əllə toxunmaq "təbii hərəkət" olacaq - FİFA qərar verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası