UEFA prezidenti FIFA qınadı
UEFA prezidenti Aleksander Çeferin FIFA-nı tənqid edib.
Sportfm.az xəbər verir ki, sloveniyalı funksioner ZDF-ə müsahibəsində ali futbol qurumunun koronavirus böhranı dövründə milli assosiasiya, klublar və oyunçulara maliyyə dəstəyinə dair yanaşmasından narazılıq ifadə edib.
"FIFA Fövqəladə Fond vasitəsilə təcili ehtiyacı olanlara yardım edəcəyini bildirib. Bəs bunu kim müəyyənləşdirəcək? Biz ali futbol qurumunun kimə nə qədər verəcəyini həll edə bilməsi üçün bununla razılaşmalıyıq. Mənim fikrimcə, bu, bir qədər qəribədir" deyə Çeferin vurğulayıb.
Onun sözlərinə görə, pulların hara getdiyini heç kim nəzarətdə saxlaya bilməz: "Bu, sərt qaydalar tələb edir. Siz FIFA-ya sadəcə deyə bilməzsiniz ki, pullar hara gedir".
Qeyd edək ki, FIFA prezidenti Canni İnfantino bir neçə gün əvvəl konkret məbləğ açıqlamadan milli assosiasiya, klublar və oyunçulara maliyyə dəstəyi göstəriləcəyini bildirib.
Oxşar xəbərlər
FİFA prezidenti sərt danışdı: "Daha sərt olmalıyıq"
"Futbolçuların təxliyəsi üçün fasiləsiz işləyirik" - UEFA prezidenti
FIFA milli federasiyalara 1,5 milyard dollar ödədi - AÇIQLAMA
FIFA-ya maddi yardım üçün müraciət etdilər - 441 futbolçu
"Pandemiya çətinliklərə səbəb oldu" - Canni İnfantino
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA klubları cərimələdi - QƏRAR
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası