reklam
Stadion tikintisi zamanı 1400 fəhlə öldü
Sportfm.az xəbər saytı

Stadion tikintisi zamanı 1400 fəhlə öldü


Nepal hökuməti 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı üçün stadion tikintisi zamanı 1400 nepallı fəhlənin həlak olması faktını təsdiq edib.

Sportfm.az xəbər verir ki, Almaniyanın WDR şirkəti turnir obyektlərinin tikintisində iştirak edən fəhlələrin ağır həyatlarından bəhs edən sənədli film hazırlayıb.

Nepalın Əmək Nazirliyinin nümayəndəsi Narayan Rəhmi bildirib ki, o, filmdən xəbərsizdir, lakin bir çox həmvətəninin ölüm faktını təsdiq edib.

"Biz öz işçilərimizi Qətərə göndərməyə başlayandan, bəzi insanlar orada həlak oldular. 1400, 300 və ya 200 rəqəminin hansının həqiqi olduğuna əmin deyiləm. Mən bunu birbaşa problemlə əlaqəli olan hakimiyyət orqanları ilə dəqiqləşdirməliyəm", - deyə Rəhmi qeyd edib.

WDR-nin məlumatına görə, ölənlərin qohumları Qətərdən heç bir təzminat almayıblar.

Oxşar xəbərlər

"Qarabağ"ın 1400-cü qolu
"Keşlə"nin stadionunda oğurluq - 1400 manatı götürüb aradan çıxdılar
Erməni qubernator stadion tikintisindən 50 milyon mənimsəyib
Stadion tikintisində daha bir faciə
Stadion tikintisi zamanı bir nəfər öldü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər