Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Stadion tikintisində daha bir faciə
Rusiyanın Sankt-Peterburq şəhərindəki Krestovsk adasında "Zenit Arena" stadionunun tikintisi getdiyi ərazidə KXDR vətəndaşının meyiti tapılıb. Sportnet.az-ın məlumatına görə, 47 yaşlı kişinin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Ölünün şəxsiyyəti yerindəcə müəyyənləşdirilib. Bu, sentyabrın əvvəllərindən noyabrın sonlarınadək Rusiyada qalmağa icazəsi olan şimali koreyalıdır. Həmin şəxs "Te Som" MMC tikinti şirkətində çalışıb. Ekspertlər faciənin səbəbini araşdırırlar.
Qeyd edək ki, ötən ay "Zenit Arena"nın tikintisi zamanı daha bir fəhlə liftin şaxtasına düşərək ölüb.
Oxşar xəbərlər
"Neftçi" açıqlama yaydı
"Neftçi" - "Zenit" matçının tarixi və saatı məlum oldu
Stadion tikintisi zamanı 1400 fəhlə öldü
"Zenit" liderliyini davam etdirir
Bir milyard dollarlıq stadionun bərbad qazonu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası