"Azərbaycanda futbola sevgi yoxdur" -Ukraynalı qolkiper
"Azərbaycanda hər şey var, amma fikrimcə, futbola çox az adam gedir. Orada hamı bu barədə danışır".
Sportfm.az xəbər verir ki, bunu "Səbail" klubunun qapıçısı Aleksandr Rıbka vətəni Ukraynada "Bombardir" YouTube kanalına müsahibəsində deyib. 32 yaşlı qolkiper bildirib ki, Premyer Liqada orta səviyyəli oyunlarda cəmi 1000 nəfər tamaşaçı olur: "Bu isə Ukrayna ilə müqayisədə də azdır. Orada futbola xüsusi sevgi yoxdur".
Rıbkanın fikrincə, problem yeganədir: "Bütün çempionat oyunları, Qəbələ istisna olmaqla, demək olar ki, bir şəhərdə keçirilir. Düzdür, Sumqayıtda da komanda var, amma ora paytaxtdan 30-40 km aralıdadır və maşınla yarım saata çatmaq olar".
Hazırda təcrübəli qolkiper ötən mövsümün sonlarında aldığı zədədən ilk klubu Kiyev "Dinamo"sunun düşərgəsində bərpa olunur. Rıbka belə zədələr baş verməyəcəyi təqdirdə, daha 3-4 il oynamaq istədiyini vurğulayıb: "İndidən demək çətindir, amma hər halda belə hiss edirəm. Gələcəkdə necə olacağına baxacağıq. Ola bilər ki, yenə fərqli çempionatda çıxış edim. Amma karyeramı bezdirici həddə çatandan sonra bitirən deyiləm".
Qeyd edək ki, Aleksandr Rıbka "Səbail"ə qış transfer dövründə gəlib. O, Qazaxıstan "Tobol"una keçən Emil Balayevi əvəzləyib.
Oxşar xəbərlər
Ukraynalı futbolçu: "Hazırda futbola həvəsim yoxdur"
"Rıbkanın gedişinə qarşı deyilik" - Aftandil Hacıyev
Aleksandr Rıbka Azərbaycandan razıdır: "Burada normal çempionat var"
"Neftçi"ni düşünmürəm" - Aleksandr Rıbka
"Səbail"ə 3 legioner qapıçı təklif olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası