Dəhşətli təxribat - Təbrizdə erməni dilində qarşılama –VİDEO
Beynəlxalq voleybol yarışı üçün Güney Azərbaycana gələn xarici voleybolçular Təbriz hava limanında kürd və erməni dillərində qarşılanıb.
Sportfm.az xəbər verir ki, olay güney azərbaycanlıların kəskin etirazına səbəb olub.
İyulun 14-də Urmiyada keçiriləcək yarışlara qatılmaq üçün Kanada, Polşa və Rusiya komandaları Təbrizə gəliblər.
Məlumata görə, əcnəbi idmançılar Təbriz hava limanında kürd və erməni dilində danışan uşaqlar tərəfindən qarşılanıb.
Güneyli fəallar bu kampaniyanın arxasında Qərbi Azərbaycan ostanının kürd əsilli valis Məhəmməd Mehdi Şəhriyari, əyalətin Gənclər və İdman İdarəsinin kürd əsilli başçısı Abdulla Çəməngülünün dayandığını bildirir.
Əlavə edək ki, “Təbriz 2018” layihəsinin açılış mərasimi zamanı Təbrizə səfər edən İran Prezidenti Həsən Ruhani Tehrana qayıdarkən bir kürd musiqi qrupu tərəfindən yola salınıb. Bu səhnənin görüntüləri Həsən Ruhaninin rəsmi İnstaqram səhifəsi və prezident aparatının mətbuat orqanında yayımlanıb.
Ruhaninin bu addımı güneyli soydaşlarımızın kəskin etirazına səbəb olub.
Oxşar xəbərlər
Gənclər və İdman Nazirliyi erməni idmançının təxribatı ilə bağlı bəyanat yaydı
UFC prezidentinə etiraz məktubu göndərildi - Təxribatçı erməniyə görə
Ölkə prezidenti 12-ci oyunçu oldu
Türkiyəli mütəxəssis Təbrizdə - FOTO
Erməni idmançı yenildi, aləmi bir-birinə qatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası