Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ölkə prezidenti 12-ci oyunçu oldu
İran Prezidenti Həsən Ruhani futbol üzrə dünya çempionatında İran-Mərakeş qarşılaşmasını evində çay süfrəsi arxasında izləyib.
Sportfm.az xəbər verir ki, ölkə başçısının farsca “12-ci oyunçu” yazılı idman geyimi diqqət çəkib. Mübarizənin nəticəsindən razı qalan prezident komandasını alqışlayıb. Fotolarını sosial şəbəkədə paylaşan Həsən Ruhani “Oynadığınız oyun və qazandığınız zəfərlə bütün İran xalqını sevindirdiniz, uşaqlar, sizlərə təşəkkür edirəm” qeydini izləyiciləri ilə bölüşüb.
Xatırladaq ki, İran Mərakeşlə qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər
Dəhşətli təxribat - Təbrizdə erməni dilində qarşılama – VİDEO
“İran komandası çempion olsa, 10 baş qurban kəsəcəm” - Hacı Əbdül
İran millisi ilkin heyətini açıqladı
FİFA rəhbərindən Həsən Ruhaniyə - Tələb
İranlı idmançılar Bakıda səs verdirlər - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası