FİFA hakimi federasiyanın vitse-prezidenti oldu
FİFA referisi Ravşan İrmatov Özbəkistan Futbol Federasiyasının vitse-prezidenti təyin olunub.
Sportfm.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, bu gün İcraiyyə Komitəsinin iclası baş tutub və tədbirdə qurumun vitse-prezidentləri – Ümid Əhmədcanov, Polad Babacanov və Şerzod Taşmatov vəzifələrindən istefa veriblər.
Onların istefası qəbul olunub. İK-nın digər qərarı ilə Ravşan İrmatov və daxili işlər nazirinin müavini Muhiddin Jurayev müvəqqəti olaraq Özbəkistan Futbol Federasiyasının vitse-prezidenti təyin olunub.
41 yaşlı İrmatov dünya çempionatlarının final mərhələsində 11 oyun idarə edib ki, bu da futbol hakimləri arasında rekord hesab olunur.
Özbəkistanlı hakim DÇ-2010-da 5, DÇ-2014-də 4, DÇ-2018-də 2 oyunun baş hakimi olub.
Oxşar xəbərlər
Kəmaləddin Heydərov yenidən federasiya prezidenti oldu - Təyinat
AFFA anlaşma Memorandumu imzaladı
Füzuli Musayev vitse–prezident seçildi
Güləş Federasiyasının I vitse-prezidenti işdən çıxarıldı
Kəmaləddin Heydərov Dünya Taekvando Federasiyasının vitse-prezidenti təyin edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMADA “Zirə” üçün seminar keçirdi
-
MOK-da ikitərəfli tərəfdaşlıq müzakirə olundu
-
Türkiyə İtaliyaya uduzdu, Fransadan darmadağın - Millətlər Liqası
-
Azərbaycan millisinə məğlub oldu, istefaya göndərildi
-
"Təcrübə hər zaman sözünü deyir” - “Turan”ın baş məşqçisi
-
İlk oyunların hakimləri açıqlandı - Azərbaycan Kuboku














Misli Premyer Liqası