Dario Bakıya geri döndü -2 il "Neftçi"də
Dario Frederiko "Neftçi”yə qayıdıb.
Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə münasibətlər rəsmiləşdirilib.
Onunla müqavilə 2 il müddətinə imzalanıb. 27 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində 10 nömrəli formanı geyinəcək.
2018-19 mövsümündə "Neftçi”nin heyətində 17 oyunda 3 qol vuran Dario Frederiko Braziliyanın "Flamenqo” (2012-2014), "Fernandopolis” (2013), "Quaratinqeta” (2014), Portuqaliyanın "Trofensi” (2014-2015), Azərbaycanın "Kəpəz” (2015-2018) və Cənubi Koreyanın "Sonnam” (2017) və "Daequ” (2019) klublarında çıxış edib.
O, flaqmanın yay fasiləsində 3-cü rəsmi transferi olub. Belə ki, bakılılar buna qədər "Qəbələ"dən Vojislav Stankoviç və Rauf Əliyevi heyətinə qatmışdı.
Oxşar xəbərlər
Maçado "Neftçi"də - RƏSMİ
"Neftçi" "Qəbələ"nin daha bir futbolçusunu transfer etdi - FOTO
"Neftçi" Darionun keçidindən nə qədər qazandı?
Dario Federiko yenidən Azərbaycandan getdi - Cənubi Koreyaya
Dario Federiko "Neftçi"də - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası