reklam
Yığmamız Avropa ikincisi oldu
Sportfm.az xəbər saytı

Yığmamız Avropa ikincisi oldu


İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında yunan-Roma güləş üzrə yarışa yekun vurulub.

Sportfm.az xəbər verir ki, qitə birinciliyində möhtəşəm çıxış edən yığmamız 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb və 135 xalla Avropa ikincisi olub.

Komandamız yalnız 178 xalla Avropa çempionu olan Rusiyadan geri qalıb. Üçüncü yeri isə 117 xal toplayan Gürcüstan tutub.

Xatırladaq ki, millinin tərkibində Fərid Sadıqlı (45 kq), Məlik Əliyev (48 kq) və Nihat Məmmədli (55 kq) Avropa çempionu olaraq İtaliyada himnimizi səsləndirib. Laçın Vəliyev (92 kq) gümüş, Xasay Həsənli (65 kq) ilə Allahverdi Əliyev (71 kq) isə bürünc medala sahib olub.

Oxşar xəbərlər

Güləş millimiz Avropa ikincisi oldu - UĞUR
Güləşimizdə yeni uğur - Avropa çempionatı
Yığmamız Avropanın 3-cü güclü komandasıdı
Yığmamız Dünya çempionatında ikinci oldu
Güləş yığmamız Avropa ikincisi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər