reklam
Sportfm.az xəbər saytı

"Qalatasaray"ın futbolçusu narkotikdən istifadə edib


“Qalatasaray”ın sabiq futbolçusu Mario Jardel futbolçu karyerasında üzləşdiyi problem barədə danışıb.  

Sportfm.az xəbər verir ki, braziliyalı futbolçu narkotikdən istifadə etdiyini etiraf edib. 

O, hazırda bu asılılıqdan xilas olduUnu da vurğulayıb:  

“Avropada oynayarkən maraq xətrinə narkotikdən istifadə etdim. Həmin vaxt bir neçə şəxslə tanış oldum və onlar mənə narkotik təklif etdilər.  

Ondan sonra narkotikdən mütəmadi olaraq istifadə etdim. Təlim-məşq toplanışları zamanı dopinq-testlərin götürülməsinə mane olurdum.  

Futbolun bir problemi də budur: sənin çoxlu pulun olur və müxtəlif insanlarla tanış olursan. Hazırda bu asılılıqdan xilas olmuşam. Həyat yoldaşımın sayəsində bunu bacardım.  

İndi övladlarıma nümunə olmağa çalışıram. İstəyirəm ki, sosial fəaliyyətlə məşğul olum. Gənclərin mənim səhvlərimi təkrarlamasını istəmirəm”. 

Oxşar xəbərlər

7 idmançımızda narkotik aşkarlandı - AÇIQLAMA
Premyer Liqamızın bombardiri dopinqdən istifadə etdi - Etiraf
"Məni Maradona ilə tanış edəndə cəmi 16 yaşım var idi" - Kubalı xanım
"Narkotik vasitələrdən istifadə etmişəm" - Buffonun etirafı
Futbolçu jurnalisti belə xilas etdi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər