reklam
Sportfm.az xəbər saytı

"Rəqibimiz daha hazırlıqlı idi" -Aftandil Hacıyev


"Toplanış çərçivəsində ilk oyunumuz idi. Əsasən gənc oyunçularımıza şans verdik. Təcrübəli futbolçularımızın bir neçəsi komandaya yeni qoşulub və onlar hələ ki oynamağa tam hazır deyil".

Sportfm.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Bolqarıstanda təlim-məşq toplanışı çərçivəsində sözügedən ölkənin "Lokomotiv" klubuna 0:1 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra klubun saytına deyib.

O bildirib ki, rəqibdən fərqli olaraq, hazırda  hazırlığın ilkin mərhələsindədirlər: "Bolqarıstan çempionatının təqviminə uyğun olaraq, rəqibimiz bizimlə müqayisədə daha hazırlıqlı idi. Bununla belə, oyuna nəzarət etməyə çalışırdıq. Sadəcə, gənc oyunçularımızın təcrübəsi çatmadı ki, rəqib qapısı qarşısında daha təhlükəli epizodlar yaradaq".

Oxşar xəbərlər

"Mirabdulla Abbasovdan heç nə gözləmirik" - Aftandil Hacıyev
"Futbolçularımız tam hazır deyil" - Aftandil Hacıyev
"Hələ tam formalaşa bilməmişik" - Aftandil Hacıyev
"Çempionata tam hazır şəkildə başlamalıyıq" - Ayxan Abbasov
Ayxan Abbasov: "Yeni transferlərimiz hələ hazır deyil"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər