Ayxan Abbasov:"Yeni transferlərimiz hələ hazır deyil"
“Məqsədimiz o idi ki, futbolçularımız 90 dəqiqə meydanda hərəkətdə olsunlar. İstədiyimizi gördük, çoxlu qol epizodları yaratdıq”.
Sportfm.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Türkiyə toplanışı çərçivəsində Qətərin "Əl-Xaritiyah" klubu ilə keçirilən yoxlama oyunu (1:1) haqda danışarkən deyib. O, klubun saytına açıqlamasında yeni transferlərin tam hazır olmadıqlarını dilə gətirib:
“Səhvlərimiz oldu. Bu da futbolçularımızın yorğunluğundan irəli gəlir. Amma ümumilikdə hər şey normal keçdi. Bu qarşılaşmada gənc futbolçulara da şans verdik. Yeni transferlərimizi də son 15 dəqiqədə meydana buraxdıq. Onlar hələ tam hazır deyil, vaxt lazımdır. Komandamız üçün yaxşı oyun oldu. Növbəti qarşılaşmalarda bu oyundakı səhvləri buraxmamağa çalışacağıq”.
Oxşar xəbərlər
"Futbolçularımızdan istədiyimiz nəticələri ala bildik" - Ayxan Abbasov
"Bu həm Sumqayıtda, həm də burda keçirdiyimiz oyunlardakı problemlərimizdən biridir" - Ayxan Abbasov
"Çempionata tam hazır şəkildə başlamalıyıq" - Ayxan Abbasov
"Seçdiyimiz rəqiblər çempionatın səviyyəsinə uyğundur" - Ayxan Abbasov
Ayxan Abbasov: "Bütün mövqeylərdə rəqabətin olmasını istəyirik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası