reklam
Cüdoçumuz II Avropa Oyunlarında yarımfinala yüksəldi
Sportfm.az xəbər saytı

Cüdoçumuz II Avropa Oyunlarında yarımfinala yüksəldi


Azərbaycan cüdoçusu Uşanqi Kokauri Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında yarımfinala yüksəlib.

Sporfm.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda sloveniyalı Vito Draqiçi, ardınca hollandiyalı Roy Meyeri mübarizədən kənarlaşdırıb. O, yarımfinalda rusiyalı İnal Tasoyevlə güləşəcək. 

Azərbaycanın digər cüdoçularına gəlincə, Məmmədəli Mehdiyev (90 kq) 1/16 finalda yerli idmançı Yahor Varapayevi, ardınca fransalı Aurelian Diesseni üstələyib. O, 1/4 finalda Mikayıl Özerlərlə qarşılaşacaq.

100 kq-da mübarizə aparan cüdoçulardan Elmar Qasımov 1/16 finalda ukraynalı Anton Savitkini, ardınca isə estoniyalı Qriqori Minaskini məğlub edib. O, 1/4 finalda fransalı Cyrille Maret ilə üz-üzə gələcək. Eyni çəkidəki Zelim Kotsoyev isə ilk olaraq serbiyalı Boyan Doseni məğlub etsə də, daha sonra Belçika təmsilçisi Toma Nikiforovla bacarmayıb.

Qadın cüdoçu İrina Kindzerska (+78 kq) isə 1/8 finalda almaniyalı Jasmin Kuelbsi məğlub edərək 1/4 finala yüksəlib. O, 1/4 finalda Böyük Britaniyadan olan Sara Edlinqton görüşəcək.

Oxşar xəbərlər

İki cüdoçumuz yarımfinala yüksəldi - Böyük Dəbilqə
“Minsk 2019”: Güləşçimiz finalda
Qadın güləşçimiz Avropa çempionatında finala yüksəldi
Yığmamız Almaniyadan qızıl medalla dönür
3 cüdoçumuz Qran-pridə medal uğrunda görüşlərə vəsiqə qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər