reklam
Qrizmana görə nə qədər ödəyəcəklər?
Sportfm.az xəbər saytı

Qrizmana görə nə qədər ödəyəcəklər?


“Barselona” klubu hücumçu Antuan Qrizmanın transferi məsələsində “Atletiko” ilə razılaşıb.

Sportfm.az xəbər verir ki, fransızın müqaviləsində kompensasiya 120 milyon avro (233 milyon manat) göstərilib. Kataloniyalılar pulu bir neçə tranşla ödədikləri təqdirdə istənilən məbləğdən daha 6 milyon artıq verəcəklər.

Bundan başqa, müqaviləyə “Barselona”nın müdafiəçisi Nelson Semedu da daxil ediləcək. Yalnız “Atletiko”nun braziliyalıya nə qədər pul ödəyəcəyi məsələsinin dəqiqləşdirilməsi qalıb.

Mayın sonlarında “Barselona”nın Qrizmanla danışıqları dayandırdığı ilə bağlı məlumat yayılmışdı. Həmçinin, Katalon klubunun bir neçə futbolçusunun bu transferə qarşı olduğu bildirilmişdi. 

Oxşar xəbərlər

Depay Madrid klubuna keçdi
Joao Feliks Messini arxada qoydu - La Liqa
2020-ci ilin ən bahalı transferləri - SİYAHI
“Barselona” Neymar üçün yeni təklif göndərdi
Qrizmanın yeni komandası məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər