“Grand Chess Tour 2019”:Məmmədyarov Maqnus Karlsen ilə qarşılaşır
Xorvatiyanın paytaxtı Zaqrebdə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun da iştirak etdiyi “Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsinin dördüncü turunun oyunları keçirilir.
Sportfm.az xəbər verir ki, üçüncü turda rusiyalı Yan Nepomnyaşiyə məğlub olan şahmatçımız növbəti turda norveçli dünya çempionu Maqnus Karlsen ilə qarşılaşır. Dördüncü turda çinli Dinq Liren amerikalı Hikaru Nakamura, hollandiyalı Aniş Giri fransalı Maksim Vaşe-Laqrav, amerikalı Fabiano Karuana ermənistanlı Levon Aronyan, rusiyalı Yan Nepomnyaşi həmyerlisi Sergey Karyakin, amerikalı Uesli So isə hindistanlı Vişvanatan Anand ilə üz-üzə gəliblər.
Üç turun yekununda Ş.Məmmədyarovun aktivində cəmi bir xal var. Şahmatçımız birinci turda S.Karyakin, ikinci turda isə H.Nakamura ilə heç-heçə edib. Sonuncu turda M.Vaşe-Laqrav D.Liren, V.Anand L.Aronyan, A.Giri U.So, S.Karyakin H.Nakamura, F.Karuana M.Karlsen ilə heç-heçə ediblər.
Üç turun yekununa görə Yan Nepomnyaşi 3 xalla turnir cədvəlində liderliyini qoruyur. M.Karlsen, Uesli So 2, M.Vaşe-Laqrav, L.Aronyan, F.Karuana, S.Karyakin 1,5, V.Anand, A.Giri, D.Liren, H.Nakamura isə 1 xal toplayıblar.
Oxşar xəbərlər
Məmmədyarov "Grand Chess Tour"da liderlə qarşılaşacaq
"Şah" rusiyalını ABŞ-da mat etməyə çalışacaq
Şəhriyar Məmmədyarov heç-heçə etdi
Şəhriyar Məmmədyarovun növbəti rəqibi Fabiano Karuana olacaq
Karuana Stavanqerdə "ən ağıllı" oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası