reklam
Şəhriyar Məmmədyarovun növbəti rəqibi Fabiano Karuana olacaq
Sportfm.az xəbər saytı

Şəhriyar Məmmədyarovun növbəti rəqibi Fabiano Karuana olacaq


İyulun 6-da Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsi çərçivəsində 10-cu tura start veriləcək.

Sportfm.az xəbər verir ki, nüfuzlu turnirdə iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun bu turda rəqibi amerikalı Fabiano Karuana olacaq. Turun digər oyunlarında amerikalı Uesli So norveçli dünya çempionu Maqnus Karlsen, fransalı Maksim Vaşe-Laqrav rusiyalı Yan Nepomnyaşi, çinli Dinq Liren ermənistanlı Levon Aronyan, hollandiyalı Aniş Giri amerikalı Hikaru Nakamura, sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand rusiyalı Sergey Karyakin ilə qarşılaşacaqlar.

Ötən turda şahmatçımız Ş.Məmmədyarov V.Anand üzərində qələbə qazanıb. Bu, şahmatçımızın turnirdə ilk qələbəsi olub. Bu qələbə sayəsində təmsilçimiz autsayderlər qrupundan çıxıb. Ş.Məmmədyarov ötən turlarda 5 dəfə heç-heçə edib, 3 dəfə məğlub olub. Turun digər oyunları heç-heçə başa çatıb.

Beləliklə, 9 turun nəticələrinə əsasən hazırda şahmatçımızın aktivində 3,5 xal var. M.Karlsen 6,5 xalla liderliyini davam etdirir. U.So 6, F.Karuana, L.Aronyan, Y.Nepomnyaşi 5, D.Liren 4,5, S.Karyakin, M.Vaşe Laqrav, A.Giri 4, V.Anand 3,5, H.Nakamura 2,5 xal toplayıblar.

Oxşar xəbərlər

Məmmədyarov "Grand Chess Tour"da liderlə qarşılaşacaq
"Şah" rusiyalını ABŞ-da mat etməyə çalışacaq
Şəhriyar Məmmədyarov heç-heçə etdi
“Grand Chess Tour 2019”: Məmmədyarov Maqnus Karlsen ilə qarşılaşır
Karuana Stavanqerdə "ən ağıllı" oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər