AFFA açıqlama verdi
İspaniyanın lne.es saytı AFFA-nın “Qarabağ”ın ispan legioneri Miçeli Azərbaycan millisinə cəlb etmək istədiyi ilə bağlı xəbər yaymışdı.
Sportfm.az xəbər verir ki, bu məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla “Azərbaycan radiosu”na açıqlama verib:
“Miçelin milliləşdirilməsi ilə bağlı yayılan xəbərlər tamamilə əsassızdır. AFFA-nın belə bir istəyi və təklifi olmayıb. Futbolçu FİFA-nın milliləşmə ilə bağlı qoyduğu qaydalardan yalnız birinə cavab verir. O da qismən. Hələ onun Azərbaycanda 5 il yaşama müddəti gələn il tamam olacaq. Digər tərəfdən də, həmin müddətdə futbolçunun 35 yaşı olacaq”.
Miçel ötən ay "Qarabağ"la müqavilə müddətini daha iki il uzadıb.
2015-ci ildən Ağdam təmsilçisində çıxış edən ispaniyalı yarımmüdafiəçi 144 oyunda 29 qol vurub, 4 dəfə Premyer Liqa, 2 dəfə isə ölkə kubokunun qalibi olub.
Oxşar xəbərlər
AFFA-nın Superkubok matçından xəbəri yoxdur
"Rövnəq Abdullayev daha 4 il müddətinə milli assosiasiya prezidenti seçilib" - AÇIQLAMA
AFFA rəsmisindən Ozobiçlə bağlı açıqlama - FİFA-ya müraciət ediləcək
AFFA-dan forma ilə bağlı rəsmi açıqlama
AFFA milli komandanın mətbuat xidmətini ləğv etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası