2 iyul - İdman Jurnalistikası Günüdür
Hər il iyulun 2-si dünyada İdman Jurnalistikası Günü kimi qeyd olunur.
Sportfm.az xəbər verir ki, 1924-cü il iyulun 2-də Paris Yay Olimpiya Oyunları zamanı Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) təsis olunub və 29 milli assosiasiyanın iştirakı ilə qurumun ilk konqresi keçirilib. Hazırda AIPS-in 4 kontinental qurumunda (AIPS-Asiya, AIPS-Amerika, AIPS-Avropa və AIPS-Afrika) 130-dan çox dövlətin milli idman mediası birləşib.
Məhz bu gün AIPS və idman jurnalistlərinin milli assosiasiyaları təntənəli yığıncaqlar keçirir, idman sahəsində kütləvi informasiya vasitələrinin ən yaxşı nümayəndələrinə mükafatlar təqdim edilir.
Qeyd edək ki, 2014-cü il aprelin 27-dən mayın 1-dək Bakıda AIPS-in 77-ci konqresi keçirilib. AIPS-in Bakı konqresi təşkilatın 90 illik yubileyi ilə eyni vaxta təsadüf edib. Buna görə də beynəlxalq təşkilatın yubiley mərasimi də konqres çərçivəsində paytaxtımızda təşkil olunub.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası AIPS-in fəal üzvlərindəndir.
Oxşar xəbərlər
Atletimiz Avropanın ən yaxşıları arasında - UĞUR
2 iyul - Beynəlxalq İdman Jurnalistləri Günü
Jurnalistlər polislərə qarşı - Yoldaşlıq görüşü
"Bizdə yetərincə peşəkar idman jurnalistləri var" - Federasiya prezidenti
Media mükafatlarının təqdimat mərasimi oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası