Azərbaycan millisinin baş məşqçisi istefa verdi
Vaqif Şirinov boks üzrə Azərbaycan milli komandasının baş məşqçi postundan istefa verib.
Sportfm.az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssisin özü şəxsi "Facebook" səhifəsində yazıb. O, Azərbaycan Boks Federasiyasının (ABF) dəvəti ilə 2 ilədək yeniyetmələr və 1 ilədək əsas komandada çalışdığı işindən ayrıldığını açıqlayıb.
Şirinov göstərilən etimad və dəstəyə görə federasiyaya, eləcə də komandadakı həmkarlarına təşəkkürünü bildirib.
ABF-nin açıqlamasında isə bildirilir ki, V.Şirinov istefa ərizəsi ilə federasiya rəhbərliyinə müraciət edib. Baş məşqçi bunu səhhəti ilə əlaqələndirib. Onun müraciətinə baxıldıqdan sonra müvafiq qərar veriləcək.
Qeyd edək ki, Vaqif Şirinov Azərbaycanın əsas millisinə ötən ilin noyabrında baş məşqçi təyin olunub. Yığma "Minsk 2019" II Avropa Oyunlarını 2 medalla başa vurub. Alfonso Dominges (81 kq) qızıl, Lorenso Sotomayor (69 kq) bürünc medala sahib olub.
Oxşar xəbərlər
Elmar Baxşıyev istefa verdi
Kubalı baş məşqçi Azərbaycan millisindən getdi - Müqavilə bitdi
Yığmamız Özbəkistanda hazırlaşacaq
Boksçularımız Avropa Oyunlarına Özbəkistanda hazırlaşacaq
Azərbaycan millisinin baş məşqçisi dəyişdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası