reklam
Kubalı baş məşqçi Azərbaycan millisindən getdi -
Sportfm.az xəbər saytı

Kubalı baş məşqçi Azərbaycan millisindən getdi -Müqavilə bitdi


Azərbaycan Boks Federasiya (ABF) Azərbaycan millisinin baş məşqçisi Umberto Orta Domingeslə vidalaşıb.

Sportfm.az xəbər verir ki, kubalı mütəxəssislə başa çatan müqavilə yenilənməyib. Onu yerli məşqçinin əvəzləyəcəyi gözlənilir.

Təcrübəli mütəxəssisin həmyerlisi, Minsk-2019 Avropa Oyunlarının qalibi, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı və 2021-ci ilin dünya çempionu Alfonso Dominges isə yığmadakı çıxışını davam etdirəcək.

ABF-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, baş məşqçi ilə bağlı yekun qərar hələlik verilməyib, rəsmi məlumat olan kimi açıqlanacaq.

Qeyd edək ki, Umberto Orta Dominges 2019-cu ildən Azərbaycan millisinə rəhbərlik edirdi.

Oxşar xəbərlər

Azərbaycan boksçusu bürünc medal qazandı - Tokio-2020
"Medalı təmin etdiyim üçün çox sevinirəm" - Alfonso Dominges
Millimiz beynəlxalq turnirə qatılacaq - Türkiyədə
Kubalı mütəxəssis millimizə baş məşqçi təyin olundu
"Azərbaycan himnini səsləndirdiyim üçün çox xoşbəxtəm" - Alfonso Dominges

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər