"Qəbələ" İvitsanı transfer etdi -FOTO
"Qəbələ" növbəti transferini gerçəkləşdirib.
Sportfm.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
Bunadək Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev, Sadiq Quliyev, Kristian Kouakou və Klesio Bauku heyətinə qatan "qırmızı-qaralar" xorvatiyalı futbolçu İvitsa Juniçlə anlaşıb. 31 yaşlı müdafiəçi ilə müqavilə 2019-cu ilin sonuna qədər nəzərdə tutulub.
Arxa xətt oyunçusu peşəkar karyerasına Bosniya və Herseqovinanın "Tomislav" klubunda başlayıb. Juniç ardınca Avstriyada "Singeringer", "Markt Sankt Martin", "Donau Lanqenlebarn", "Austriya-2", "Mattersburq-2", "Şteqensbax", Polşada QKS, Ukraynada "Volın", "Çernomorets", Rusiyada "Orenburq" klublarında çıxış edib. Müdafiəçi 2019-cu ilin ilk yarısını Qazaxıstanın "Atırau" komandasında keçirib. O, bu ölkənin çempionatında 18 matçda 2 qol vurub.
Oxşar xəbərlər
"Qəbələ" Avropa Liqası üçün 26 futbolçu sifariş etdi - SİYAHI
"Qəbələ" yığmanının üzvünü transfer etdi - FOTO
"Kan"ın sabiq futbolçusu "Qəbələ"də - FOTO
"Qəbələ" gürcü futbolçu transfer etdi - FOTO
"Qəbələ" ispaniyalı futbolçu transfer etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası