"Dundalk"ın oyunu təxirə salındı -"Qarabağ"a görə
"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Dundalk" İrlandiya çempionatının növbəti turunda da meydana çıxmayacaq.
Sportfm.az xəbər verir ki, komandanın 26-cı turda "Sent Patriks Atletiks" klubu ilə oyunu təxirə salınıb. Şəhərin eyniadlı təmsilçisinin Ağdam klubu ilə matçlara daha yaxşı hazırlaşması üçün belə bir addım atılıb. İyulun 26-da keçirilməli olan qarşılaşmanın vaxtı dəyişdirilib.
Xatırladaq ki, "Dundalk"ın iyulun 19-da "Kork Siti" ilə oyunu da "Riqa" ilə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşünə görə təxirə salınmışdı.
Qeyd edək ki, "Qarabağ"la "Dundalk" arasında ilk oyun iyulun 24-də İrlandiyada keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cavab matçı isə 1 həftə sonra "Dalğa Arena"da olacaq və yerli vaxtla 21:00-da start götürəcək.
Oxşar xəbərlər
"Qarabağ" "Dundalk" səddini də adladı
"Qarabağ" cavab oyununa çıxır - Çempionlar Liqası
"Qarabağ"a görə iki oyunu təxirə saldılar
"Qarabağ"ın zədəli futbolçusu sağaldı
"Dundalk" Bakıya qələbə ilə gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası