reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın zədəli futbolçusu sağaldı


Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Dundalk"la ilk oyununda (1:1) zədələnən Maksim Medvedev cavab matçında meydana çıxa bilər.

Sportfm.az xəbər verir ki, 29 yaşlı müdafiəçi artıq zədəsini sağaldıb. Artıq komanda ilə birlikdə məşqlərə başlayan futbolçunun İrlandiya çempionuna qarşı oynayacağı istisna olunmur.

Qeyd edək ki, Dublindəki görüşün 53-cü dəqiqəsində zədələnən Maksim Abbas Hüseynovla əvəzlənmişdi.

Əlavə edək ki, iyulun 31-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dundalk" oyunu yerli vaxtla 21:00-da başlayacaq.

Oxşar xəbərlər

"Qarabağ" "Dundalk" səddini də adladı
"Qarabağ" cavab oyununa çıxır - Çempionlar Liqası
"Qarabağ"a görə iki oyunu təxirə saldılar
"Dundalk" Bakıya qələbə ilə gəlir
"Dundalk"ın oyunu təxirə salındı - "Qarabağ"a görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər