reklam
Azərbaycan millisi FIFA-nın reytinqində irəlilədi
Sportfm.az xəbər saytı

Azərbaycan millisi FIFA-nın reytinqində irəlilədi


FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. 

Sportfm.az xəbər verir ki, Azərbaycan yığması irəliləyişə nail olub. Komanda geridə qalan müddət ərzində heç bir oyun keçirməyib. Ancaq Zimbabvenin geriləməsi sayəsində aktivindəki 1188 xalla yığma 109-cu pillədə Bəhreynlə şərikdir. 

Farer adaları (108) və Mərkəzi Afrika Respublikası (111) ən yaxın "qonşular"dır. 

Yığmamızın AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya və Uels 1 addım geriləyibsə (müvafiq olaraq, 7 və 24-cü yerlər) Macarıstan 3 pillə geriləyərək, 45-ci yerə düşüb. Yalnız Slovakiya yerində qalıb - 31-ci pillə. 

Siyahıya Belçika başçılıq edir, Braziliya 2-ci, Fransa 3-cüdü.

Oxşar xəbərlər

Azərbaycan millisi 2 pillə irəlilədi - FIFA reytinqi
Azərbaycan millisi gerilədi - FIFA reytinqi
Millimiz 5 pillə gerilədi - FIFA reytinqi
Millimiz FIFA reytinqində gerilədi
Millimiz FIFA reytinqində irəlilədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər