“EYOF Bakı 2019”: Cüdoçumuz gümüş medal qazandı
İyulun 25-də Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarının ikinci gününə yekun vurulub.
Sportfm.az xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışların ikinci günündə Azərbaycanın cüdo komandası bir gümüş medal qazanıb.
Yarışların ikinci günündə qızlar 52, 57 və 63, oğlanlar 66 və 73 kiloqram çəki dərəcələrində çıxış ediblər. Gün ərzində Azərbaycanın üç idmançısı mübarizəyə qoşulub.
Komandamızın üzvlərindən Vüqar Talıbov festivalın gümüş medalına sahib olub. İdmançımız 73 kiloqram çəki dərəcəsində yarışın finalında italiyalı Luici Sentraçioya uduzub.
Mübarizəyə səkkizdəbir finaldan başlayan V.Talıbov əvvəlcə Dzianis Yauseyenkanı (Belarus), sonra çexiyalı Adam Kopeçkini ipponla məğlub edərək yarımfinala çıxıb. O, yarımfinalda Türkiyə təmsilçisi Musa Şimşəkə ipponla qalib gəlib.
Qızların yarışında Aytac Qardaşxanlı (57 kq) almaniyalı Samira Bocka məğlub olaraq bürünc medalı əldən verib. Üçüncü yer uğrunda digər təmsilçimiz Mətin Rzazadənin (66 kq) də çıxışı uğursuz olub. Cüdoçumuz həlledici mərhələdə macarıstanlı Daniel Szegediyə uduzub.
Xatırladaq ki, cüdo yarışlarının birinci günündə Azərbaycan idmançıları 1 qızıl və 2 bürünc medal qazanıblar. Qızıl medalı ölkəmizin aktivinə Turan Bayramov (60 kq), bürünc medalları isə Şükran Zamanlı (55 kq) və Gülşən Bəşirova (44 kq) yazdırıblar.
İyulun 26-da qızlar 70 və 70 kiloqramdan yuxarı, oğlanlar 81, 90 və 90 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. İyulun 27-də isə qarışıq komanda yarışları keçiriləcək.
Festivalda 40 ölkədən 297 cüdoçu mübarizəyə qoşulub. Azərbaycan bu nüfuzlu turnirə 12 cüdoçu (8 oğlan, 4 qız) ilə qatılıb.
Oxşar xəbərlər
Türkiyəli qız Bakıda qızıl medal qazandı - FOTO
Cüdoçumuz festivalın bürünc medalına sahib oldu
Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşdi - SİYAHI
Hacı Əliyev hamıdan güclüdür
Azərbaycanın iki cüdoçusu Elmar Qasımov və İrina Kindzerska dünya çempionatında bürünc medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası