reklam
Cüdoçumuz festivalın bürünc medalına sahib oldu
Sportfm.az xəbər saytı

Cüdoçumuz festivalın bürünc medalına sahib oldu


XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarının birinci günündə Azərbaycan idmançısı Gülşən Bəşirova (44 kq) ölkəmizin aktivinə bürünc medal yazdırıb.

Sportfm.az xəbər verir ki, təmsilçimiz bürünc medal uğrunda görüşdə hollandiyalı Yoslin Supusepi ipponla məğlub edib.

Xatırladaq ki, G.Bəşirova səkkizdəbir finalda ispaniyalı Mariya Qonzalesi 2:1 hesabı ilə məğlub etsə də, dörddəbir finalda rusiyalı Anastasiya Balabana ipponla məğlub olub. Təsəlliverici görüşə qatılan idmançımız polşalı Natalia Stoklosa ipponla qalib gəlib.

Bu çəki dərəcəsində digər bürünc medala rumıniyalı Anne Brebinarunu məğlub edən rusiyalı Marina Vorobyova layiq görülüb.

Finalda isə türkiyəli Merve Azak rusiyalı Anastasiya Balaban üzərində qələbə qazanaraq XV Avropa Gənclər Olimpiya Festivalının çempionu olub.

Oxşar xəbərlər

Balabəy Ağayev qızıl medal qazandı - Böyük Dəbilqə
Cüdoçumuz "EYOF Bakı 2019"un bürünc medalını boynundan asdı
“EYOF Bakı 2019”: Cüdoçumuz gümüş medal qazandı
Türkiyəli qız Bakıda qızıl medal qazandı - FOTO
Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər