Gənclər və İdman Nazirliyinin əməkdaşları Fəxri Xiyabanı ziyarət etdi -FOTO
Gənclər və İdman Nazirliyinin əməkdaşları qurumun yaranmasının 25 illik yubileyi ilə əlaqədar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Sportfm.az xəbər verir ki, nazir Azad Rəhimov və qurumun işçiləri ulu öndərin məzarı önünə gül dəstələri qoyublar.
A.Rəhimov həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.
Jurnalistlərə açıqlama verən A.Rəhimov bildirib ki, 25 il öncə ulu öndərin başlıca sərəncamlarından biri də Gənclər və İdman Nazirliyinin təsis olunması idi. Nazir bu günün gənclər və idman sahəsində işləyən əməkdaşlar üçün çox əlamətdar olduğunu diqqətə çatdırıb: "25 il nazirlik şərəfli bir yol keçib. Gənclər sahəsində vacib olan layihələr həyata keçirilib. İdmanda böyük uğurlar əldə olunub. Gənclər siyasəti dövtət tərəfindən dəstəklənir. Bizim gənclər siyasətinin modeli Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunub və bir nümunə kimi digər ölkələrə nümayiş etdirilir. İdman sahəsində möhtəşəm tədbirlər Bakıda keçirilib. Bu tədbirlərdə və olimpiadalarda idmançılarımız çoxlu medallar əldə ediblər. Bunun hamısı çox sevindirici hallardır. Düşünürük ki, gələcəkdə də bu uğurlar təkrarlanacaq".
Oxşar xəbərlər
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turnirin açılış mərasimi keçirildi
Gənclər və İdman Nazirliyi 2020-ci ilin hesabatını açıqladı
Azad Rəhimov Milli Gənclər Mərkəzində
Gənclər və İdman Nazirliyində istefa
Azad Rəhimov bir qrup mütəxəssisi təltif etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi















Misli Premyer Liqası