reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin qələbəsi reytinqimizə təsir etdi


UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb. 

Sportfm.az xəbər verir ki, evdə Rusiyanın “Arsenal” klubunu məğlub edən (3:0) "Neftçi" Azərbaycana 0,250 xal qazandırıb. Azərbaycan son 5 mövsümdəki xallarını 17,125-ə çatdırıb və 26-cı sıradakı mövqeyini qoruyub. 25-ci yerdə qərarlaşan Qazaxıstanın 18,000 xalı var. 

Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna 0:3 hesabı ilə uduzan "Qəbələ" rentinq xalı qazandırmayıb. 

Bu mövsüm Avropa Kuboklarında 4 oyunun hamısında qalib gələn "Neftçi" 1 reytinq xalı qazandırıb. 2 qələbə və 2 heç-heçəsi olan "Qarabağ"ın qazancı isə 0,750 xaldır.

Oxşar xəbərlər

Azərbaycan yerində saydı
Qazaxıstan Azərbaycanla fərqi yenidən artırdı - SİYAHI
Flaqmanın ziyanı - Qazaxlar fərqi artırdı
Azərbaycan UEFA reytinqində mövqeyini qorudu
UEFA reytinqində Azərbaycan Qazaxıstana yaxınlaşdı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər