Superkubok matçını qadın hakim idarə edəcək -UEFA-dan şok təyinat
“Çelsi” və “Liverpul” arasında keçiriləcək UEFA Superkuboku oyununu qadın hakim idarə edəcək.
Sportfm.az xəbər verir ki, bu haqda qitəninin ali futbol qurumunun saytı məlumat yayıb. Matç Fransa Futbol Federasiyasından Stefani Frapparta həvalə olunub. Bununla da tarixdə ilk dəfə olaraq UEFA turnirində kişilərdən ibarət turnirin matçını qadın hakim idarə edəcək.
35 yaşlı fransalı hakim bundan əvvəl “Liqa 1”da keçirilən “Amyen” - “Strasburq” oyununda hakimlər briqadasında yer alıb. Baş hakimin köməkçiləri də qadınlar - Manuela Nikosi və Mişel O`Nil (hər ikisi İrlandiya) olacaq. Yalnız dördüncü hakim vəzifəsini kişi referi - türkiyəli Cüneyt Çakır icra edəcək.
Qeyd edək ki, UEFA Superkubokunun oyunu avqustun 14-də İstanbulun “Beşiktaş Park” stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Superkubok oyununu idarə edəcək hakim bəlli oldu
"Qarabağ" və "Neftçi"nin oyununa təyinatlar - Konfrans Liqası
Avropa Liqası matçında qadın baş hakim - Bir ilk
Qadın hakimlərin idarəçiliyinə yüksək qiymət verildi
Gənclərimizin matçını kim idarə edəcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
4 tur qalmış 35-ci dəfə çempion oldular - Uğur
-
"İmişli" "Kəpəz"i, "Sumqayıt" "Qəbələ"ni məğlub etdi - Premyer Liqa
-
“Kəpəz” 0–1 “İmişli” - VİDEO
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
4 güləşçimizdən 4 medal - UĞUR
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT














Misli Premyer Liqası