Qadın hakimlərin idarəçiliyinə yüksək qiymət verildi
"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Çelsi" ilə keçirilən UEFA Superkubokunda qadın hakimlərin idarəçiliyindəın danışıb.
Sportfm.az xəbər verir ki, almaniyalı mütəxəssis görüşdən sonra UEFA-nın saytına açıqlamasında referilərin matçı mükəmməl idarə etdiklərini bildirib:
"Oyundan sonra hakimlərə dedim ki, biz onların idarəçilyi kimi yaxşı oynasaydıq, 6:0 qalib gələrdik. Onlar tapşırığın öhdəsindən əla gəldilər. Bu, tarixi bir məqamdır. Yəqin ki, böyük məsuliyyətin çətinliyini yaşadılar, ancaq sakit oldular və nə etməliydilərsə, onu da etdilər. Matçın baş hakimi Stefani Frappara hörmətim böyükdür".
Xatırladaq ki, tarixdə ilk dəfə olaraq UEFA yarışlarında kişilərdən ibarət turnirin oyununu qadın hakim idarə edib. Matçı "Liverpul" penaltilər seriyası ilə (5:4) qazanıb.
Oxşar xəbərlər
Klopp "Liverpul"dan gedir - Rəsmi açıqlama
İlin ən yaxşı baş məşqçiləri bilindi - The Best
Çempionlar Liqasında ilk dəfə - Matç qadın referiyə tapşırıldı
Avropa Liqası matçında qadın baş hakim - Bir ilk
Superkubok matçını qadın hakim idarə edəcək - UEFA-dan şok təyinat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası