reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin rəqibi 3 legioner transfer etdi


"Neftçi" UEFA Avropa Liqasının III təsnifat mərhələsində İsrail Kubokunun qalibi "Bney Yehuda" ilə qarşılaşacaq. 

Sportfm.az xənbər verir ki, ölkəsində "qızıllar" ləqəbi lə tanınan kollektiv klubu 1936-cı ildə yaranıb və yüksək liqada 1959-cu ildə debüt edib.

İsrail klubu tarixində ikinci dəfə UEFA Avropa Liqasında Azərbaycan təmsilçisinə rəqib olub. Komanda 2009/2010 mövsümündə I təsnifat mərhələsində hər iki görüşdə "Simurq"u məğlub edib. Klubun avrokuboklardakı ən böyük nailiyyəti məhz həmin mövsüm baş tutub. "Qızıllar" Avropa Liqasında "pley-off" mərhələsinə kimi irəliləyib, lakin hər iki görüşdə Hollandiya PSV-sinə uduzub - 0:1, 0:1.

"Bney Yehuda" yay transfer pəncərəsində braziliyalı müdafiəçi Luis Drazio, nigeriyalı hücumçu Filip Azanqo və isveçrəli müdafiəçi Alban Pnişini heyətinə cəlb edib.

Qeyd edək ki, "Neftçi" ilk oyunu avqustun 8-də "Bakcell Arena"da, cavab görüşünu isə avqustun 15-də Təl-Əvivdəki Ha Moşava stadionunda keçirəcək. 
 

Oxşar xəbərlər

"Neftçi" 40 min avro ziyana düşdü
"Neftçi" "Bney Yehuda"ya qarşı - YENİLƏNİR
"Neftçi" "Bney Yehuda"ya qarşı - YENİLƏNİR
"Neftçi"nin İsraildəki oyunu canlı yayımlanacaqmı?
"Neftçi" İsrail klubunu keçərsə... pley-offdakı yeni potensial rəqibləri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər